Müəllif: Tamara Mustafayeva, Banco.az
İqtisadçıların fikrincə, FED-in faiz artırımları artıq başa çatıb.
Banco.az xəbər verir ki, Amerika Bank Assosiasiyasının (ABA) İqtisadi Məsləhət Komitəsinin apardığı araşdırmaya görə, iri bankların baş iqtisadçıları qarşıdakı rüblərdə resessiya proqnozlaşdırmasalar da, artım templərinin əhəmiyyətli dərəcədə azalacağını gözləyirlər.
Fed-in monetar sərtləşdirmə siyasətinin təsirini göstərməsi ilə iqtisadçılar ABŞ-da illik artımın növbəti üç rübdə 1 faizdən aşağı qalacağını düşünürlər.
Bununla yanaşı, sentyabrın 20-də faiz qərarını elan edəcək FED-in faiz dərəcələrini sabit saxlaması gözlənilir. Faiz qərarından əvvəl isə kritik istehlakçı qiyməti indeksi (CPI) məlumatları isə 13 sentyabrda açıqlanacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!