İqtisadçılar ECB-dən nə gözləyirlər? | Banco.az

İqtisadçılar ECB-dən nə gözləyirlər?

Müəllif: Tamara Mustafayeva, Banco.az

İqtisadçılar Avropa Mərkəzi Bankının (ECB) faiz dərəcələrini yenidən dörd dəfə artıracağını düşünürlər.

Banco.az xəbər verir ki, “Bloomberg”in anket sorğusunda iştirak edən iqtisadçılar ECB-nin 2,5 faiz səviyyəsində saxlanılan overnayt depozit faizinin gələn həftə keçiriləcək iclasda 50 baza bəndi artacağını düşünürlər.

Bu iclasdan sonra baş tutacaq digər iclasların hər birində isə 25 baza bəndi artımla overnayt depozit faizinin iyul ayında 3,75 faizə çatdırılacağı proqnozlaşdırılır.

Ancaq qeyd edək ki, “Goldman Sachs” və “Deutsche Bank” ekspertləri sözügedən dərəcənin iyun ayında 3,75 faizə çatacağını, “JPMorgan” və “Citi” isə ECB-nin artım prosesini 3,5 faiz səviyyəsində saxlayacağını iddia edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et