İqtisadçı: "Əmanət porfelinin dayanıqlı artımına nail olmaq çox vacibdir" | Banco.az

İqtisadçı: "Əmanət porfelinin dayanıqlı artımına nail olmaq çox vacibdir"

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Bu ilin geridə qalan aylarında əhalinin banklardakı depozitlərinin aylıq həcmində 2 dəfə azalma qeydə alınıb. İlk hal bu ilin fevral ayında baş verdi: depozit məbləği 27 milyon manat azaldı. Bu 2021-ci ilin avqust ayından sonra ilk azalma idi. Əhalinin banklarda olan əmanətlərinin azalması ötən ayda da qeydə alındı. Belə ki, avqustun ayının 1-ə olan məlumata görə, ümumi əmanətlərin həcmi əvvəlki ay ilə müqayisədə 43.3 milyon manat azalaraq 12 milyard 705 milyon manata düşdü".

Banco.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib.

"Banklardakı depozit gəlirlərinin ferval ayından etibarən vergiyə cəlb edilməsi də əmanətlərin həcminə təsir göstərir. Doğrudur, xərcləmələr və eləcə də real sektora sərmayələr və mövsumi faktorlar da öz təsirlərini saxlamaqdadır. Əmanətlərin daha çox cəlbi real sektorun maliyyələşdirilməsi və kredit faizlərinin aşağı salınması baxımdan da əhəmiyyətlidir. Bu baxımdan, əmanət porfelinin dayanıqlı artımına nail olmaq çox vacibdir", - V. Bayramov qeyd edib. 

İqtisadçının sözlərinə görə, bu kontekstdən daha məqsədəuyğun olardı ki, "Vergi Məcəlləsinə" dəyişiklik edilərək əmanətlər üzrə diferensial vergi güzəşti tətbiq olunsun: "Təklif edirik ki, qorunan əmanətlər eyni zamanda vergidən azad olunsun. Bu halda, 100 min manatadək əmanətlər 10 faizlik gəlir vergisindən azad oluna bilər ki, bu da depozit yığımlarını stimullaşdıraraq daha da artırar.

Son dinamika bir daha təsdiq edir ki, vətəndaşların passiv vəsaitlərinin banklar vasitəsi ilə real sektora yönəldilməsi üçün diferensial vergi güzəştinin tətbiqinə ehtiyac var. Bu həmçinin evlərdə saxlanan pulların depozitə çevrilərək vətəndaşlarımızın gəlir əldə etməsinə də imkan yaradar". 

Qeyd edək ki, il ərzində əmanətlərin həcmi aşağıdakı kimi dəyişib:

Aylar

Əmanətlərin həcmi (manat)

Yanvar

11 milyard 928 milyon

Yanvar-fevral

11 milyard 901 milyon

Yanvar-mart

11 milyard 964 milyon

Yanvar-aprel

12 milyard 211 milyon

Yanvar-may

12 milyard 400 milyon

Yanvar-iyun

12 milyard 748 milyon

Yanvar-iyul

12 milyard 705 milyon

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et