İqlim dəyişikliyinə görə yaranan sağlamlıq problemləri 2 milyarddan çox işçinin həyatına təsir göstərir | Banco.az

İqlim dəyişikliyinə görə yaranan sağlamlıq problemləri 2 milyarddan çox işçinin həyatına təsir göstərir

Müəllif: Tamara Mustafayeva, Banco.az

İqlim dəyişikliyi ilə bağlı yaranan sağlamlıq problemləri 2,4 milyard işçiyə təsir göstərir.

Banco.az xəbər verir ki, Beynəlxalq Əmək Təşkilatının (BƏT) məlumatına görə, 2,4 milyarddan çox işçi və ya qlobal işçi qüvvəsinin 70%-i iqlim dəyişikliyi ilə bağlı yaranan sağlamlıq təhlükələri ilə üzləşir.

Təşkilatın bazar ertəsi dərc olunan hesabatına görə, hər il ifrat istilərin səbəb olduğu 22,87 milyon peşə zədələrindən 18 970 insanın həyatını itirdiyi və 2,09 milyon əlilliyə uyğunlaşdırılmış ömür ilinin yox olduğu qeyd edilir.

“Daha minlərlə insan pestisidlərdən zəhərlənmə, iş yerinin havasının çirklənməsi, günəşin ultrabənövşəyi radiasiyası və parazitar və vektor yoluxucu xəstəliklərdən dünyasını dəyişir” - BƏT-in hesabatında deyilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 2024-cü ildə temperaturun o qədər yüksək olacağı güman edilir ki, bəzi ekspertlər indiyədək ən isti keçən ötən ilin rekordunun qırılacağını artıq proqnozlaşdırırlar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et