İpoteka kreditləşməsində azalma müşahidə olunub | Banco.az

İpoteka kreditləşməsində azalma müşahidə olunub

Azərbaycanda ipoteka kreditləşməsi 42%-dən çox azalıb.

2015-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 21,9 milyon manat məbləğində ipoteka krediti verilib. Bu barədə Banco Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,1 milyon manat və yaxud 42,4% azdır.

Ən sərfəli kredit üçün müraciət et

Son 1 ildə verilmiş kreditlərin orta məbləği 1,8% artaraq 40482 manat, kreditlərin orta illik faiz dərəcəsi 0,11% azalaraq 6,74%, kreditlərə görə aylıq ödəniş məbləği isə 21,4 manat azalaraq 297,6 manat təşkil edib. Kreditlərin orta müddəti isə 1 ay artaraq 279 ay olub.