İpoteka kreditlərinin orta məbləği 50 min manata yaxınlaşıb | Banco.az

İpoteka kreditlərinin orta məbləği 50 min manata yaxınlaşıb

Bu ilin fevral ayının yekununda Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin orta məbləği 49 500 manat təşkil edib.

​Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, yanvar ayının yekunu ilə müqayisədə 0,4%, ilin əvvəli ilə müqayisədə 0,8%, ötən il martın 1-nə nisbətən isə 8,3% çoxdur.

İpoteka kreditləri üzrə əsas məbləğlə yanaşı, aylıq ödəniş də artmaqdadır. Fevralın sonuna bu rəqəm 349 manat olub ki, bu da aylıq müqayisədə 0,3%, ilin əvvəlinə nisbətən 0,6%, illik müqayisədə isə 7,1% çoxdur.

Son 1 ildə kreditlərin orta müddəti dəyişməsə də (hazırda 281 aydır), orta illik faiz dərəcəsi illik müqayisədə 0,1 faiz bəndi, ilin əvvəlinə nisbətən və aylıq müqayisədə isə 0,02 faiz bəndi azalaraq 6,53%-ə düşüb. 

Report.az