Qazaxıstan prezidenti Nazarbayev noyabrın 11-də yeni iqtisadi proqramı elan edib. Proqramın adı “İşıqlı yoldur”.
Xalqa ənənəvi illik müraciətində prezident bildirib ki, ipoteka kreditləri 1-2 faizlə veriləcək. Hökumət sosial kirayə evləri tikməyə başlayacaq, bu evlər vətəndaşlara uzun müddətə kirayəyə veriləcək, sonda isə onlar bu evləri ala bilərlər.
Nazarbayev deyib ki, yanvarın 1-dən başlanan bu yeni proqrama 24 milyard dollar ayrılır.
Xatırladaq ki, Azərbaycanda ipoteka kreditlərinin ən aşağı faizlisi güzəştli ipotekadır. Bu isə 4 faizlə verilir. Amma daha çox təklif olunan ipoteka kreditləri 8 - 10 fazilə təklif olunur.
ucnoqta.az