İpoteka krediti alan zaman ən çox hansı əmlaklar girov qoyulur? | Banco.az

İpoteka krediti alan zaman ən çox hansı əmlaklar girov qoyulur?

Ötən il ərzində ölkəmizdə 81.762 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb. Bu, 2022-ci il ilə müqayisədə 8.785 ədəd və ya 12% çoxdur.  

Banco.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, Azərbaycanda girov qoyulan əmlaklar sırasında mənzillər, torpaq sahələri və fərdi yaşayış evləri üstünlük təşkil edir.

Ən çox girov qoyulan daşınmaz əmlak isə mənzildir. Belə ki, 2023-cü il ərzində 45.532 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Bu dövrdə girov qoyulmuş ümumi 81.762 əmlakdan 16.750-si torpaq sahəsinin, 11.866-sı isə fərdi yaşayış evinin payına düşür.

2023-cü il ərzində ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı, Abşeron və Sumqayıtdır. Girov qoyulan mənzillərin 92,9%-i bu üç ərazi idarəsinin payına düşür. Mənzillərin ən az girov qoyulduğu bölgələr isə 9 saylı Qəbələ (17 müqavilə), 14 saylı Şamaxı (23 müqavilə) və 11 saylı Şəmkir (26 müqavilə) ərazi idarələridir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et