İpoteka Fondu-nun istiqrazlarının yerləşdirilməsinə başlanılır | Banco.az

İpoteka Fondu-nun istiqrazlarının yerləşdirilməsinə başlanılır

04 may 2017-ci il tarixində Bakı Fond Birjasında (BFB) «Azərbaycan İpoteka Fondu» ASC – nin (AİF) AZ2015008686 dövlət qeydiyyat nömrəli, adlı sənədsiz faizli istiqrazlarının kütləvi təklif qaydasında yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcəkdir

İstiqrazların buraxılış parametrləri aşağıdakılardır:

Dövlət qeydiyyat №-si

AZ2015008686

Hərraca çıxarılan həcm (nominal qiymətlə)

10 000 000 AZN

Bir istiqrazların nominal qiyməti

1000 АZN

İstiqrazların tədavül müddəti

7560  gün

İstiqrazlar üzrə gəlirlilik

3 %

Ən sərfəli kredit üçün müraciət et

İstiqrazların buraxılış şərtlərinə əsasən, bir istiqrazın satış qiyməti 1002.33 AZN təşkil edəcəkdir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.

AİF-in təmin edilmiş istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.