İpoteka alanlar hansı evlərə üstünlük verir? | Banco.az

İpoteka alanlar hansı evlərə üstünlük verir?

Banco.az saytı Azərbaycan İpoteka Fonduna istinadən 2015-ci ilin ilk rübünə olan ipoteka predmeti üzrə pay bölgüsünü təqdim edir. İpoteka predmeti  növü üzrə pay bölgüsü demək olar ki, əvvəlki dövrlərdən elə də fərqlənməyib. Əhali arasında fərdi mənzillərlə müqayisədə, çoxmənzilli binalara maraq daha çoxdur. Belə ki, 2015-ci ilin yanvar-mart ayları ərzində borcalanların 93.3%-i çoxmənzilli bina evlərinə, cəmi  6.7%-i isə fərdi mənzillərə üstünlük verib.

İpoteka predmetinin sahəsi üzrə pay bölgüsünə gəlincə isə, ən çox müraciət olunan evlərin sahəsi  40-60 kv.m olub (42%). Ən çox tələb olunan mənzillər arasında ikinci yeri sahəsi 60-80 kv.m olan mənzillər tutur, təxminən 30.5%. Sahəsi 120 kv.m-dən yuxarı olan evlər isə 4.3% borcalanın seçimi olub.

Ən sərfəli kredit üçün müraciət et

AİF-in portfelində ipoteka predmetinin dəyərinin pay bölgüsü üzrə qiyməti 30min-60min manat arasında olan mənzillər, borcalanların ən çox üstünlük verdiyi məbləğ olub (58.5%). Ikinci yerdə isə dəyəri 60min-90min manat arası olan evlər gəlir. Qiyməti 120 min manatdan baha olan evlər isə ən az alıcı kütləsinə malik olub (1.7%).

Ən sərfəli krediti almaq üçün müraciət et