"iPhone"lara tələb azalır | Banco.az

"iPhone"lara tələb azalır

Tamara Mustafayeva, Banco.az

"Apple" firması hissə tədarükçülərinə "iPhone 13" modelinə tələbin azaldığını bildirib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, qlobal tədarük çatışmazlığı ilə bağlı yaranan problemlərlə üzləşən texnologiya nəhəngi "Apple" indi də digər bir problemlə, yəni tələbin yavaşlaması ilə mübarizə aparmalı olub.

Şirkətə yaxın mənbələrin verdiyi məlumata görə, "Apple" mobil telefon hissələrini tədarük edən şirkətlərə "iPhone 13" modelinə tələbin azaldığı bildirib ki, bu da, öz növbəsində bəzi istehlakçıların çətin tapılan məhsullardan uzaqlaşdığını göstərir.

Qeyd edək ki, texnologiya nəhəngi 90 milyon ədəd nəzərdə tutulmuş "iPhone 13" istehsal hədəfini hazırda 10 milyon ədəd azaldıb. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram