iPhone-nun dizayneri Jony Ive Apple şirkətindən nə üçün ayrıldı? | Banco.az

iPhone-nun dizayneri Jony Ive Apple şirkətindən nə üçün ayrıldı?

20 ildən çoxdur ki, Apple şirkətində çalışan və şirkətin ən vacib simalarından biri olan Jony Ive Apple-dan ayrılaraq öz şirkətini quracaq.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Apple şirkəti Baş Dizayner Jony Ive – in şirkətdən ayrıldığını elan edib. Bu xəbərin ardınca şirkətin səhmlərinin dəyəri 1% geriləyib. Jony Ive iPhone və Mac daxil olmaqla bütün məşhur Apple məhsullarının xarici görünüşü və istehsal dizaynından məsul olan şəxs idi. Odur ki, onun şirkətdən ayrılması böyük əhəmiyyət daşıyır.

Ive-ın Apple şirkəti ilə yollarını ayırmasının səbəbi isə LoveFrom adlandırdığı dizayn şirkətini açmağı planlaşdırmasıdır. O, bu işi 2014 – cü ildən bəri Apple şirkətində çalışan istehsal dizayneri həmkarı Marc Newson ilə birlikdə reallaşdıracaq. Apple şirkəti də LoveFrom şirkətinin müştərisi olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Ive-ın vəzifəsindən getməsinin ardınca yerinə dərhal başqa bir dizaynerin gəlməyəcəyi də verilən məlumatlarda öz əksini tapıb. Jony Ive-ın Apple şirkətindəki öhdəliklərini istehsal dizaynı üzrə vitse-prezident Evans Hankey və interfeys dizaynı üzrə vitse-prezident Alan Dye öz üzərlərinə götürəcəklər. Bu iki dizayner şirkətin əməliyyatlar üzrə direktoru Jeff Williams-a hesabat verəcəklər. Halbuki, Ive şirkətdə işləyərkən birbaşa olaraq Apple CEO-su Tim Kuka hesabat verirdi.

Həmçinin oxu: “Apple”-dan YENİ radikal qərar

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç