iPhone istehsalçısı bu avtomobil firması ilə əməkdaşlığa başladı | Banco.az

iPhone istehsalçısı bu avtomobil firması ilə əməkdaşlığa başladı

Tamara Mustafayeva, Banco.az

iPhone istehsalçısı Foxconn şirkəti avtomobil markası Stellantis ilə əməkdaşlığa başlayıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, texnologiya və avtomobil nəhəngləri arasında növbəti mühüm razılaşma imzalanıb. Belə ki, Apple firmasının iPhone modellərini istehsal edən Foxconn şirkətinin əsas şəriki olan Hon Hai Precision ilə Jeep istehsalçısı Stellantis NV yeni strateji əməkdaşlıqlarını elan edəcəklərinə dair açıqlama ediblər. 

Like an automotive Voltron, FCA and PSA join to make Stellantis - SlashGear

Foxconn Technology şirkətinin CEO-su Young Liu və Stellantis CEO-su Carlos Tavares məsələ ilə bağlı bu yaxınlarda tele-konfrans həyata keçirəcəklər. 

Sözügedən razılaşmanın dünyanın ən böyük avtomobil bazarına ev sahibliyi edən Çində hazırda mövqeyi zəif olan Stellantis şirkətinin vəziyyətini gücləndirəcəyi qeyd edilir. 

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Hon Hai Precision şirkəti ötən il İtalyanın avtomobil istehsalçısı Fiat Chrysler ilə yeni nəsil elektrik avtomobilləri və internet əsaslı avtomobil modeli istehsalı üzrə əməkdaşlığa başladıqlarını elan etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et