“iPhone 15” seriyası bu tarixdə təqdim olunacaq | Banco.az

“iPhone 15” seriyası bu tarixdə təqdim olunacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Apple” şirkəti “iPhone 15” seriyasını sentyabrın 12-də təqdim edəcək.

Banco.az xəbər verir ki, texnologiya nəhəngi “Apple” nəhayət, çoxdan gözlənilən “iPhone 15” smartfon seriyası üçün buraxılış tarixini elan edib.

“iPhone 14”ün davamçısı olacaq seriya çox yaxında təqdim olunacaq.

Şirkətdən verilən açıqlamaya görə, “iPhone 15” seriyası və digər məhsulların təqdim ediləcəyi 'Wonderlust' tədbiri 12 sentyabr çərşənbə axşamı, Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək. Tədbir ötən il də olduğu Apple Park şəhərciyindəki Stiv Cobs Teatrında baş tutacaq.

Qeyd edək ki, tədbirdə təkcə yeni məhsullar təqdim olunmayacaq, həmçinin şirkət ictimaiyyətin diqqətinə başqa elanlar da çatdıracaq. Məsələn, “Apple”ın ilk dəfə olaraq “iPhone” modellərində enerji doldurma standartını dəyişdirəcəyi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram