Müəllif: Tamara Mustafayeva, Banco.az
“Apple”ın sentyabrda təqdim edəcəyi yeni “iPhone 15 Pro Max”ın ekranını “Samsung” istehsal edəcək.
Banco.az xəbər verir ki, sentyabr ayında yeni smartfon modellərini təqdim etməyə hazırlaşan “Apple” şirkəti “iPhone”un yeni modeli üçün rəqibi “Samsung”dan kömək alıb.
Tədbirin tarixi yaxınlaşdıqca yeni cihazlarla bağlı təfərrüatlar ön plana çıxmağa başlayıb. Bəlli olub ki, şirkət “iPhone 15 Pro Max” smartfonu üçün “Samsung” tərəfindən istehsal edilmiş UDR 2000 panelindən istifadə edəcək.
Digər diqqət çəkən xəbər isə Samsung-un yanvar ayında keçirilən CES23 tədbirində təqdim etdiyi UDR 2000 adlı OLED panellərin ilk dəfə iPhone 15 Pro Max ekranı ilə sınaqdan keçirilməsidir.
Qeyd edək ki, ilkin məlumatlara görə, yeni dizaynlı modellər sərfəli qiymətə təqdim ediləcək.
Bizi sosial şəbəkələrdən izləyin!!