"iPhone 14" seriyası təqdim edildi - QİYMƏTLƏR | Banco.az

"iPhone 14" seriyası təqdim edildi - QİYMƏTLƏR

Tamara Mustafayeva, Banco.az

"Apple" dünən Kaliforniya ştatının Menlo Parkdakı korporativ qərargahında keçirdiyi tədbirdə yeni "iPhone", "AirPods" və "Apple Watch" məhsullarını təqdim edib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın texnologiya nəgəngi "Apple" firması hər il olduğu kimi, bu il də maraqla gözlənilən “Apple Event”i həyata keçirib. Ötən iki ildə olduğu kimi, bu il də şirkət dörd fərqli "iPhone" modelini ictimaiyyətə təqdim edib.

Özündən əvvəlki "iPhone 13" modelinə çox oxşar dizaynda buraxılan "Apple"ın yeni smartfon seriyası "iPhone 14" 4 fərqli modeldən ibarətdir. Yeni "iPhone" modelləri isə bunlardır: "iPhone 14", "iPhone 14 Plus", "iPhone 14 Pro", "iPhone 14 Pro Max".

Bucaq dizaynı yanaşmasını davam etdirən "Apple" hər il olduğu kimi bu il də seriyaya yeni rəng qatmağı unutmayıb. Beləliklə, mavi də "iPhone 14" rənglərinə əlavə edilib. "iPhone 13" seriyası ilə kiçilən çərtik nüansı "iPhone 14" və "iPhone 14 Plus"da da görünməyə davam edir.

Ən sərfəli kredit üçün müraciət et

Yeni modellərin qiymətlərinə gəlincə, standart "iPhone 14" modeli 799 dollardan, "iPhone 14 Plus" isə 899 dollardan başlayır. "iPhone 14 Pro" modeli üçün başlanğıc qiymət 999 dollar, "iPhone 14 Pro Max" üçün isə 1099 dollar təyin edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et