"iPhone 13" modelinin təqdimat tarixi AÇIQLANDI | Banco.az

"iPhone 13" modelinin təqdimat tarixi AÇIQLANDI

Tamara Mustafayeva, Banco.az

"iPhone 13" modelinin təqdimat tarixi elan edilib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, texnologiya nəhəngi "Apple" firmasının yeni məhsullarını təqdim edəcəyi növbəti tədbiri 14 sentyabr tarixində, Bakı vaxtı ilə saat 21:00-da baş tutacaq.

Pandemiyanın başlamasından bəri keçirilən digər bütün tədbirlər kimi bu təqdimat mərasimi də onlayn formatda həyata keçiriləcək. Mərasim zamanı "Apple" yeni iPhone modeli ilə yanaşı "Apple Watch 7" seriyasını da ictimaiyyətə təqdim edəcək. 

Qeyd edək ki, adətən hər ilin sentyabr ayında yeni məhsullarının təqdimatını keçirən şirkət ötən ilin ikinci yarısında ""Apple Watch" seriyasının növbəti modelini, həmçinin yeni "iPad" və "iPhone" modellərini və "Mac" kompüterlərini müştərilərinin bəyənisinə təqdim etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram