“İpək Yolu Sığorta”nın aktivləri artıb | Banco.az

“İpək Yolu Sığorta”nın aktivləri artıb

“İpək Yolu Sığorta” ASC bu ilin yanvar-sentyabr aylarını 1 milyon 617 min manat mənfəətlə başa vurub.

Şirkətin maliyyə hesabatına görə, bu, ötən ilin eyni dövrünə nisbətən 1,4% azdır.

9 ay ərzində “İpək Yolu Sığorta”nın gəlirləri 24 milyon 23 min manat, xərcləri isə 22 milyon 406 min manat təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə “İpək Yolu Sığorta”nın aktivləri 48 milyon 146 min manat olub ki, bu da illik müqayisədə 23,3% çoxdur. Son 1 ildə şirkətin öhdəlikləri 44,7% artaraq 24 milyon 285 milyon manata, balans kapitalı isə 7,1% artaraq 23 milyon 861 min manata çatıb.

Renkinq.az