"iOS"un təhlükəsizlik funksiyası artıq "Android"də də olacaq | Banco.az

"iOS"un təhlükəsizlik funksiyası artıq "Android"də də olacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“iOS”un təhlükəsizlik xüsusiyyəti “PassKeys” (“Keçid Açarları”) “Android” əməliyyat sistemi ilə işləyən smartfonlara da gəlir.

Banco.az xəbər verir ki, “İOS” əməliyyat sistemi ilə işləyən smartfonlara sahib istifadəçilərin həyatını asanlaşdıran “PassKeys” funksiyası istənilən platformaya bir kliklə daxil olmağa imkan verir. İstifadəçilər tərəfindən məmnuniyyətlə istifadə edilən bu xüsusiyyət artıq “Android” əməliyyat sisteminə də inteqrasiya ediləcək.

Sosial media platformaları baxımından rahatlıq təmin edən xüsusiyyət etibarlılıq cəhətdən də istifadəçilərin həyatını asanlaşdırır. Funksiyanın “Android”ə də gələcəyini açıqlayan mənbə isə “Dashlane” olub.

“Dashlane”nin rəsmi “Twitter” səhifəsindəki paylaşımında “Passkeys” xüsusiyyətinin bu yaydan etibarən “Android” əməliyyat sisteminə daxil ediləcəyi bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et