İnvestorlar üçün TOP-5 cəlbedici ölkələrin adları açıqlanıb | Banco.az

İnvestorlar üçün TOP-5 cəlbedici ölkələrin adları açıqlanıb

Böyük Britaniya investorlar üçün dünyanın 5 ən cəlbedici ölkələsi siyahısını tərk edib. "Bloomberg" agentliyi xəbər verir ki, bu barədə məlumat "Ernst & Young" audit şirkətinin "Global Capital Confidence Barometer" hesabatında verilib. Hesabata görə, Britaniya bu siyahıya 2009-cu ildə daxil olub.

Hesabatda həmçinin bildirilir ki, investorlar üçün TOP-5 cəlbedici ölkə siyahısında 2016-cı ildə ABŞ, Çin, Almaniya, Kanada və Fransa yer alıb. Qeyd edək ki, hesabat dünyanın 45 ölkəsində 1 700 şirkət rəhbəri arasında bu ilin avqust-sentyabr aylarında aparılan sorğu əsasında tərtib olunub. "Ernst & Young"ın konsaltinq xidmətləri üzrə müdir müavini Stiv Kruskos (Steve Krouskoc) bildirib ki, "Brexit" geosiyasi dəyişikliklərin ən gözəl nümunəsidir: "Bu hadisə beynəlxalq investisiyaları çətinləşdirib".

Ən sərfəli kredit üçün müraciət et

O həmçinin qeyd edib ki, aid olduğu şirkət Britaniyanın uzunmüddətli perspektivdə yenidən TOP-5 ölkə siyahısına dönəcəyini düşünür: "Britaniya hələ də güclü iqtisadiyyata malikdir və böyük aktivləri var".

Mənbə : report.az