İnvestorlar konsorsiumu video oyun istehsalçısı Electronic Arts-ı 55 milyard dollarlıq dəyərlə alacaq | Banco.az

İnvestorlar konsorsiumu video oyun istehsalçısı Electronic Arts-ı 55 milyard dollarlıq dəyərlə alacaq

Müəllif - Fərid İslamov - Banco.az

Populyar Madden NFLBattlefield video oyunlarının istehsalçısı Electronic Arts Inc. investorlar qrupuna satılacaq və şirkətin qiymətləndirilməsi təxminən 55 milyard dollar təşkil edəcək.

Electronic Arts-ın bəyanatına görə, şirkətin səhmdarlarına hər səhmdən 210 dollar ödəniləcək ki, bu da 25 sentyabrda bağlanış qiymətinə nisbətən 25% premium deməkdir. O vaxt mediada hələ sözügedən satışla bağlı məlumat yayılmamışdı.

Alıcı konsorsiumuna Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF), Silver Lake Management və ABŞ prezidenti Donald Trampın qayını Cared Kuşnerin Affinity Partners daxildir. PIF artıq Electronic Arts-da 9,9% paya sahibdir və şirkətin alınmasından sonra da bu payı saxlayacaq.

İşin bağlanması 2027-ci ilin ilk maliyyə rübündə (aprel-iyun) planlaşdırılır və sözügedən əməliyyat Electronic Arts-ın idarə heyəti tərəfindən təsdiqlənib.

Alınmadan sonra Electronic Arts qeyri-publika şirkətinə çevriləcək və səhmləri birjada ticarət olunmayacaq.

Bu əməliyyat borc maliyyələşməsi ilə həyata keçirilən tarixdəki ən böyük satınalma olacaq. Əvvəlki rekord isə TXU enerji şirkətinin investor konsorsiumu tərəfindən 2007-ci ildə 45 milyard dollara alınması idi.