İnvestisiya Holdinqi və DLW şirkəti arasında Anlaşma Memorandumu imzalanıb | Banco.az

İnvestisiya Holdinqi və DLW şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Dubayda Azərbaycan İnvestisiya Holdinqi  və “Dubai Logistics World” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Memorandum ölkəmizin “Dünya Logistika Pasportu” (WLP) təşəbbüsünə qoşulmasıbı, Azərbaycanın  beynəlxalq ticarətlə məşğul olan şirkətlərinin regional WLP mərkəzlərin təqdim etdiyi üstünlüklərə birbaşa çıxışının əldə olunması sahəsində əməkdaşlığı nəzərdə tutur.

Mikayıl Cabbarovun “DP World” şirkətinin sədri və baş icraçı direktoru Sultan Ahmed Bin Sulayemlə görüşündə sənaye zonaları və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə əməkdaşlığın genişləndirilməsi və əlaqələrin inkişafı üçün potensial sahələr nəzərdən keçirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et