İnternetlə ticarət ƏDV-dən - AZAD EDİLƏCƏK - AÇIQLAMA | Banco.az

İnternetlə ticarət ƏDV-dən - AZAD EDİLƏCƏK - AÇIQLAMA

Azərbaycanda elektron ticarətin (e-ticarət) həcmi cari ilin 9 ayında 91% artaraq 2,2 mlrd. manat təşkil edib.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədrinin birinci müavini Alim Quliyev deyib.

Onun sözlərinə görə, ölkədə e-ticarət son illər ərzində sürətlə inkişaf edir ki, bu da nağdsız hesablaşmalar və rəqəmsal ödənişlərin genişləndirilməsi istiqamətində Mərkəzi Bankın və digər əlaqədar qurumların, bank sektorunun gördüyü işlərin nəticəsidir.

Ən sərfəli kredit üçün müraciət et

" Mərkəzi Bank elektron ticarətin ƏDV-dən azad olunması məsələsini Vergilər Nazirliyinin mövcud olan dövründə əməkdaşlıq çərçivəsində müzakirə etmişdik. Bu danışıqlar bu gün də davam etdirilir. Mərkəzi Bank olaraq hesab edirik ki, bu sahənin bir qədər də inkişafı üçün e-ticarətin ƏDV-dən azad olunmalıdır. Bu istiqamətdə danışıqlar davam etdirilir", - deyə A.Quliyev qeyd edib.

Apa

Ən sərfəli krediti almaq üçün müraciət et