Müəllif: Gülnar Əhmədli, Banco.az
İnternet sürətini yoxlamaq üçün istifadə edilən etibarlı veb-sayt olan "Speedtest" tərəfindən 2024-cü ilin fevral ayı üçün paylaşılan məlumatlarında dünyada sabit genişzolaqlı internetin orta endirmə sürətinin 92,26 Mbps olduğu qeyd edilib.
Ən sürətli internetə malik ölkələr siyahısında birinci yerdə orta endirmə sürəti 286,7 Mbps olan Sinqapurdur.
İlk 10-luqda aşağıdakı ölkələrdir:
- Sinqapur – 286.7 Mbps
- Çili – 272 Mbps
- Honq Konq (Çinin xüsusi inzibati rayonu) – 270.7 Mbps
- İslandiya – 259.7 Mbps
- Birləşmiş Ərəb Əmirlikləri – 257.1 Mbps
- ABŞ – 242.4 Mbps
- Fransa – 240.4 Mbps
- Çin – 238.2 Mbps
- Monako – 236 Mbps
- Tailand – 226.4 Mbps
Bizi sosial şəbəkələrdən izləyin!!