İnternet və mobil bankçılıq tətbiqi isə ən əsas xərc tələb edən yeniliklərdir | Banco.az

İnternet və mobil bankçılıq tətbiqi isə ən əsas xərc tələb edən yeniliklərdir

“DəmirBank” ASC-in Marketinq departamentinin müdiri Tural Həsənov Banco.az portalına müsahibəsində digitallaşmanın xərclərindən və əhəmiyyətindən danışıb.

Bunun üçün mühüm vəsait xərclənilir. Əgər Bank öz saytında online satış və ya sifariş formalarını yaratmaq fikrindədirsə və saytın funksionalı buna icazə vermirsə saytın yenilənməsi tələb oluna bilər. Bundan əlavə online təqdim olunmuş sifariş və “lead”-lərin emalı üçün peşəkar komanda və səlis işləyən proses yaradılmalıdır. Müştəri sifariş verirsə ona bir həftədən sonra zəng edib sifariş dəqiqləşdirmək Bank üçün faciədir, müştərini qıcıqlandıracaq bir addımdır. Çevik reaksiya verən proses tətbiq etmək və komanda yaratmaq treninqlər və əlavə vəsait nəticəsində formalaşır.

İnternet və mobil bankçılıq tətbiqi isə ən əsas xərc tələb edən yeniliklərdir. Bu sistemlərin Bankın sistemi ilə inteqrasiyası, dizayn, funksionalın təmin edilməsi xeyli vaxt və vəsait tələb edir. DəmirBanolaraq bu sahəyə ayrılan vəsaiti əsirgəmirik. Bugünün və gələcəyin tələbidir.

O, həmçinin digitallaşmanın müasir dünyadakı həmiyyətini vurğulayıb: 

 Bankların rəqəmsal alətlərdən istifadə etməmə səbəblərini anlaya bilmirəm. Bu artıq sabahın deyil, bugünün tələbidir. İnternet satış və distant bankçılıq templəri dünyada və ölkəmizdə çox böyük sürət ilə artır. DəmirBank olaraq çalışırıq bütün yeniliklərin tətbiqinə əl ataq, ən azından yoxlayaq və test edək. Misal üçün yaxın zamanlarda İsveçdə geniş yayılmış mobil telefon nömrəsi ilə müştərinin identifikasiyası və müştərilər arası ödənişlərin mobil nömrə ilə həyata keçirilməsi texnologiyası baxışdan keçirdik, qiymətləndirdik. Müəyyən etdik ki bunun üçün dövlət orqanları və bir neçə bankın birgə fəaliyyəti gərəkdir, odur ki platformanın tətbiq edilməsi üçün bir qədər gözləmək məqsədəuyğundur.  

Ən sərfəli kredit üçün müraciət et

Yenilikləri diqqətsiz qoysaq “inqilablar” baş verdiyi zaman trenddən kənarda qala bilərik. Bu isə müasir çevik biznes idarəçiliyi əsrində faciə deməkdir. 

Hətda rəqəmsal kanalların inkişafı nəticəsində ənənəvi satış sahəsinə yönəldilən diqqətin azalması təhlükəsi olsa belə düşünürəm geri çəkilmək olmaz. Bir qədər strateji düşünmək lazımdır. Əgər bugün DəmirBank rahat online məhsul əldə edilməsi imkanı verir və funksional internet, mobil bankçılıq aləti təqdim edirsə sabah “n” adlı Bank nə qədər filial açsada, filiallarda necə yüksək səviyyədə xidmət təqdim etsədə müştəri DəmirBank-ı seçəcək. Çünki banka gəlib filial və ya şöbədə xidmət olunmaq ehtiyacı qalmır. Bu bir qayda olaraq əksər Qərbi Avropa, ABŞ, Kanada, Yaponiya, Avstraliya, aparıcı Türkiyə, Rusiya, Ukrayna banklarını hətda rəqəmsal bankçılıq inkişafına yönələn struktur bölmələrin yaratmasına və peşəkar digital sahəsi işçilərin cəlb etməsinə vadar edir. Nəticədə sözügedən banklar bugün müəyyən rüblük və illik mənfəətlərindən qalsada növbəti 3-8 illik strateji hədəflərə asanlıqla nail olub rəqəmləri üstələyəcəklər. Səbəb isə ondan ibarətdir ki satış həcmi artacaq, xidmət şəbəkəsinə xərclənilən vəsait həcmi xeyli azalacaq.

Mən hətda kommersiya, marketinq və bank xidmətlərinin satışı sahəsində “digitallaşma” prosesini bir neçə hissəyə bölərdim.

İlk öncə DəmirBank-ın rəqəmsal sahədə təmsil olunmasını marketinq və reklamdan başlaya bilərik. Burada rəqəmsal reklam və rəqəmsal lidoqenerasiya alətləri istifadə olunur. Kommunikasiya sahəsində “Skype”, “WhatsApp” kimi geniş istifadə olunan “Messenger”-lər ilə yanaşı “Facebook”, “İnstagram”, “Linkedin” kimi sosial şəbəkələrdə təmsil olunuruq.  Onlayn satış xidmətlərini təqdim etmək üçün saytda yaradılan xüsusi bölmələri qeyd edə bilərik. Bir söz ilə “DəmirBank” zamanın tələbinə cavab verərək rəqəmsal sahədə yüksək səviyyədə təmsil olunub.  

 

Ən sərfəli krediti almaq üçün müraciət et