Internet-marketoloqlar üçün 10 sehrli alət | Banco.az

Internet-marketoloqlar üçün 10 sehrli alət

Müəllif: Samir Kərimov

Çoxumuz brendin internetdə promosyonun xeyiri haqqında bilirik. Lakin, əksəriyyət internetin imkanları barədə xəbərsizik və ya onlardan düzgün istifadə eləmirik. Çoxlu vaxt və xərc sərf olunsa da, ürəkaçan nəticələrə nail olmaq olmur. Bu fonda uğurlu internet-marketoloqlar sehrbazlar kimi görsənirlər. Onlar daha az vaxt sərf edib daha yaxşı nəticələri əldə edirlər. Onların uğurunun sirri rahat və effektiv alətlərin istifadəsindədir.

marketinq alətləri

İmage by Brandup Digital Agency

İndi aşağıda təqdim edəcəyim alətlərin hamısı pulsuz və ya şərti pulsuzdurlar (bəzi funksiyalarda məhdudiyyət var). Hamısından daimi istifadə etdiyimdən, Sizə də, əziz dostlar, tövsiyyə etmək istəyirəm. Əgər bu siyahı Sizin üçün faydalı olarsa, postu paylaşdığınıza görə minnətdar olaram.

SEO

1. Google Adwords: Keyword Planner  istifadəçilərin məlumatların axtarış zamanı ən çox istifadə etdiyi açar söz və ifadələri müəyyən edir. Keyword Planner-a daxil olmaq üçün öz hesabınıza daxil olub “Tools” bölməsini seçin. Daxil olduqdan sonra sizə lazım olan parametrlərə (target, dil, ərazi, müddət) uyğun açar söz və ifadələri axtarın.

google adwords keyword planner

Email-marketinq

2. Mailchimp – email göndərişləri üçün ən yaxşı servislərdəndir. Onun üstünlükləri:

  • 2000 abunəçiyə qədər siz bu servisdən tamamilə pulsuz istifadə edə bilərsiniz
  • A/B testinqi keçirmək imkanı
  • Adaptiv səhifələmənin dəstəklənməsi, yəni bütün cihaz rahat oxumaq olacaq
  • Yüksəs çatdırılma dəqiqliyi (99,7 – 100%)
  • Superətraflı hesabatlar

Mailchimp-in yeganə çatışmzalığı onun yalnız ingilis dilində olmasıdır.

Marketinq sorğuları

3. SurveyMonkey – ən marketinq sorğuları üçün populyar servisdir. Sorğu təşəbbüşçüsü çox rahat şəkildə anketi tərtib edərək respondentlərə email vasitəsi ilə göndərə və ya öz sayt və sosial şəbəkələrdə yerləşdirə bilər. Pulsuz tarif 10 suallıq anketi ilə 100 cavaba qədər almaq imkanı verir. Həmçinin pulsuz versiyada bir neçə şablon və təhlil növlərindən istifadə etmək olar

4. Google Forms – əsasən feedback və qeydiyyatı forması kimi istifadə olunsada, Google Forms ilə onlayn sorğuları da keçirmək mümkündür. Servisin əsas üstünlükləri ondan ibarətdir ki, HTML, CMS, müxtəlif modullar sahəsində bilgiləri olmayanlar da gözəl dizaynlı sorğuları tərtib edə bilərlər.

google forms

Google Forms mövzuları

SMM

Ən sərfəli kredit üçün müraciət et

5. Bit.ly servisi linklərin uzunluğunu qısaltmaq və sosial şəbəkələrdə postlarınızı daha səliqəli etmək üçün lazımdır. Bu servis əsasən simvolların sayına məhdudiyyəti olan Twitterdə aktualdır.

samir bitly

Hansı daha səliqəlidir?

6. Socialbakers sosial media təhlili servisidir. Pulsuz versiyada funksiyaların çoxu bağlı olsa da, sosial şəbəkələrdə TOP20 brendlərinin fan sayını, aylıq hesabatlarda isə ən populyar postları, Post Engagement Rate-ləri izləmək olar.

facebook pages stats

Hal-hazırda Azərbaycanda ən populyar Facebook səhifələri

Monitorinq və təhlil

7. Google Analytics ilə Siz saytınız barədə müxtəlif faydalı məlumatları ala bilərsiniz: saytınızın ümumi auditoriyanı, traffik sayını, izləyici davranışlarını və s.

8.  LinkTally servisi sizə kontentinizi neçə dəfə və hansı sosial şəbəkələrdə (Facebook, Twitter, Google+ və ya Linkedin) paylaşıldığını müyyən etməyə kömək edir

 

share

Dizayn

9. Monosnap tətbiqi – mənim kimi skrinşotlar ilə çox işləyənlər üçün əsl tapıntıdır. Onun vasitəsi ilə monitorun istənilən hissəsini skrinşot edib, lazım olan yerləri qeyd etmək, dəqiqləşdirici ifadələri yazmaq, lazım olmayan elementləri silmək olar.

 

samir karimov

10. Recitethis servisi ilə siz müxtəlif yazılı açıqçaları yarada bilərsiniz. Çoxlu maraqlı şablonlar və asan başadüşülən interfeys. SMM-çilərə xüsusən maraqlı olacaq.

 

diqqetinize gore sag olun!

Ardı var…Bəs Siz hansı sehrli alətlərdən istifadə edirsiniz? Lütfən, şərhlərdə paylaşın. Çox adam Sizə təşəkkür edəcək.

P.S. Postun əsas şəkli üçün Brandup Digital Agency-yə təşəkkürlər!

Ən sərfəli krediti almaq üçün müraciət et