"İnternet Bankinq" nədir və necə qoşulmaq olar? | Banco.az

"İnternet Bankinq" nədir və necə qoşulmaq olar?

Günümüzdə populyar olmağa davam edən və getdikcə istifadəsi artan inernet bankçılığı (internet banking) nədir və nə üçün lazımdır?

İnternet bankçılığı nədir?

Bu xidmət yuxarda da dediyimiz kimi gün keçdikcə maraq qazanan və olduqca aktiv formada istifadə olunan bir bankçılıq xidmətidir. Bu xidmətin müştərilər üçün faydaları heç də az deyil.

İnternet bankinq – Sizə banka getmədən, onlayn rejimində öz hesablarınızı idarə etmək və müxtəlif bank əməliyyatlarını həyata keçirmək imkanı verən bank xidmətidir.

İnternet bankçılığı həyatımızda daxil olduqdan sonra bir çox sahədə işlərimiz surətləndi. Məsələn, kommunal ödənişlər, xərclərin izlənilməsi və digər bir çox sahədə İnternet bankçılığını istifadə edərək, bankın filiallarına getmə dərdindən qurtulmuş olduq. Bütün bunlar üçün lazım olan yeganə şey isə İnternetdir.

İnternet bankçılığı nə üçün lazımdır?

İnternet bankçılığı cari hesab, kart, əmanət, kredit hesabı sahiblərinin internet vasitəsilə öz hesabları üzrə aparılan pul dövriyyələrinin izləməsinə, həmçinin online ödənişlər etməyə, ödənişlərin tarixçəsini görməyə, kartdan karta pul köçürməsini etməyə, əmanət məbləğini artırmaya, bank daxili və xarici pul köçürmələrə imkan verən proqram təminatıdır.

Bu proqram vasitəsi ilə Siz, günün istənilən saatı banka gəlmədən birbaşa internet vasitəsi ilə öz hesablarınız üzrə aparılan dövriyyələr barədə məlumat əldə edə və müxtəlif əməliyyatlar icra edə bilərsiniz. 

Siz 24/7, 365 gün idarə edə bank hesablarınızı, kartlarınızı, əmanətlərinizi, kreditlərinizi idarə edə, pul köçürmələri və digər əməliyyatlar da edə bilərsiniz. 

Bu xidmət vasitəsilə siz, 

  • Hesab qalıqlarını nəzərdən keçirə,
  • Hesab üzrə çıxarışları çap edə,
  • Hesab üzrə çıxarışları elektron poçt ünvanına göndərə,
  • Bankda olan şəxsi hesablar arasında köçürmələr edə,
  • Bankın digər müştərilərinin hesablarına köçürmələr edə,
  • Nağdsız konvertasiya əməliyyatları edə,
  • Əmanət növlərini, şərtlərini və faiz dərəcələrini izləyə,
  • Əmanət hesabları aça,
  • Ölkə daxilində digər banklara milli valyutada köçürmələr edə,
  • Xidmət haqlarını ödəyə,
  • Kredit kartı üzrə borcları izləyə və ödəyə,
  • Şəxsi məlumatları izləyə və s. bilərsiniz.

İnternet bankçılığı xidmətinə necə qoşulmaq olar?

Sistemə qoşulmağın bir neçə üsulu vardır və bu bankdan asılı olaraq dəyişə bilər. Siz qoşulmaq  üçün banka yaxınlaşa, çağrı mərkəzinə müraciət edə və ya bankomatdan istifadə edə bilərsiniz. Hər üç üsulda da sistemə daxil olmaq üçün sizə müştəri İD-i və parol veriləcəkdir.

QEYD: Siz internet bankçılığı xidmətindən iki cür istifadə edə bilərsiniz: kart hesabı və cari hesab vasitəsilə. Kart hesabı üzrə internet bankçılıq xidmətində siz sadəcə kart əməliyyatlarına, cari hesab üzrə isə ümumi hesablarınıza nəzarət edə bilərsiniz. 

Aşağıdakı cədvəldə bankların internet bankçılıq xidməti tarifləri ilə tanış ola bilərsiniz. 

Bankların adına daxil olmaqla daha ətraflı məlumat ala bilərsiniz.

Bank

Fiziki şəxs

Fərdi sahibkar

Hüquqi şəxs

Accessbank1

10 AZN

10 AZN

50 AZN

AFB Bank

Pulsuz

Pulsuz

Pulsuz

AGBank

10 AZN

20 AZN

60 AZN

Amrahbank

10 AZN

10 AZN

10 AZN

Azər Türk Bank

Pulsuz

Pulsuz

Pulsuz

Bank Avrasiya

10 AZN

10 AZN

10 AZN

Bank BTB

Pulsuz

Xidmət yoxdur

Xidmət yoxdur

Bank of Baku2

Pulsuz

Pulsuz

Pulsuz

Bank Respublika

Pulsuz

60 AZN

60 AZN

Bank Silk Wey

10 AZN

Pulsuz

Pulsuz

Beynəlxalq Bank

Pulsuz

50 USD

50 USD

CDB Bank

10 AZN

10 AZN

10 AZN

Dəmirbank

5 AZN

Pulsuz

Pulsuz

Expressbank

3 AZN

Xidmət yoxdur

Xidmət yoxdur

Kapital Bank

Pulsuz

Pulsuz

Pulsuz

Muğanbank

3 AZN (aylıq)

Pulsuz

Pulsuz

NBC Bank

Pulsuz

Pulsuz

Pulsuz

Nikoil Bank3

10 AZN

30 AZN 30 AZN

Paşa Bank

-

Pulsuz

Pulsuz

Rabitəbank

Pulsuz

Pulsuz

Pulsuz

Unibank

Pulsuz

Pulsuz

Pulsuz

VTB Bank

Pulsuz

Pulsuz

Pulsuz

Xalq Bank

Pulsuz

Pulsuz

Pulsuz

Yapı Kredi Bank Azərbaycan

Pulsuz

Pulsuz

Pulsuz

Ən sərfəli kredit üçün müraciət et

  1. AccessBank-da ilk 3 ay ərzində xidmətin tam versiyasından tamamilə pulsuz istifadə edə bilərsiniz. Üç ay sonra istifadəni davam etdirmək istəsəniz ödəniş etməli olacaqsınız. Cədvəldə 1 illik xidmət haqqı göstərilmişdir. 
  2. Bank of Baku-da hüquqi şəxslər üçün internet bankçılığın tam versiyasından 31.12.16 tarixinə kimi pulsuz yararlana bilərsiniz.
  3. Nikoil Bank-da ilk 6 ay ərzində xidmətin tam versiyasından tamamilə pulsuz istifadə edə bilərsiniz. Altı ay sonra istifadəni davam etdirmək istəsəniz ödəniş etməli olacaqsınız. Cədvəldə 1 illik xidmət haqqı göstərilmişdir. 

Ən sərfəli krediti almaq üçün müraciət et