Intel şirkətində mühəndis kimi işləməyi xəyal edərək öz biznesini quran Suhail Doshi | Banco.az

Intel şirkətində mühəndis kimi işləməyi xəyal edərək öz biznesini quran Suhail Doshi

Bir zamanlar Suhail Doshinin bir xəyalı vardır, Intel şirkətində mühəndis olaraq işləyib 90 000 dollar qazanmaq. Arizonada böyüyən Doshinin ən böyük xəyalı bu idi. Daha çoxu deyil.

Hazırda isə Doshi istehlakçı davranışları ilə əlaqədar bütün məlumatları ortaya çıxaran, sürətlə böyüyən Mixpanelin CEO-sudur. San Fransisko şirkəti olan Mixpanel mobil və internet üzərindən insanların nə etdiklərinə  izləməsinə kömək edən bir analiz şirkətidir. Məsələn Mixpanel hər hansı bir interfeysə nə qədər  istifadəçinin daxil olduğunu və şəkil yüklədiyini sizə göstərir. Onun müştəriləri, BMW, OpenTable, Intuit kimi şirkətlərdir. 

Doshi 2009-cu ildə 20 yaşında Tim Trefren ilə birlikdə Mixpanel şirkətini qurur. Həm amerikan iqtisadiyyatının pis vəziyyətdə olması həm də təcrübəsiz olması onları dezavantajlarından biri olub. Əzmkarlıqları sayəsində şirkət 40 milyon dollar gəlir əldə etmişdi. 

Doshinin bu fikri Paypalın yaradıcısı Max Levchinin biznesi olan lakin hazırda işləməyən Slide şirkətində işlədiyi müddət ərzində formalaşıb. Doshi Slide şirkətinin analiz funksiyalarının nə qədər lazımi olduğunu bilirdi,  Zynga kimi əksər şirkətlərnin də öz versiyalarını  beləcə yaratdıqlarından xəbərdar idi. 

Ən sərfəli kredit üçün müraciət et

Startapına ilk olaraq bu sahədə ona maliyyə köməyi təmin edəcək  Y combinator ilə başlayıb, lakin Y combinatorun fondu o qədər böyük deyildi və aldıqları məbləğ də olduqca aşağı idi. Ona görə də həmin il ərzində bitmişdi.  İqtisadi vəziyyət pisləşdiyindən Mixpanel şirkətinin investorlarının gəlirləri  11 qat aşağı düşmüşdü, yəni yeni bir CEO lazım idi. Əslində Doshi və Trefren hansının CEO olacağına düz əməlli qərar verə bilməmişdi, lakin şəxsi bacarıqları bir az çox olan Doshi bu vəzifəyə layiq görülmüşdü. 

Levchinin şirkətə investisiya etməsi onlara dərin bir nəfəs aldırdı. Ümumiyyətlə bu illər Doshi və Trefren üçün həm olduqca ağır həm də qəribə şəkildə parlaq keçmişdi. Qazandıqları gəlirlər şirkəti böyütməyə yetmirdi və ona görə də özlərini yetərsiz hiss edirdilər, bəlkə də burda biznes təcrübəsi də əsas rol oynayırdı.

Mixpanel hazırda sürətlə böyüyür. Şirkətin 300-dən çox müştərisi var və işçilərin sayı 2017-ci ilə görə 38% artıb. Maliyyə vəziyəti isə olduqca yaxşıdır. Şirkət Andreesen Horowitz ve Sequoia Capital kimi investisya şirkətlərindən 77 milyon dollar əldə edib.

Sonda Doshi əlavə edir ki,

CEO üçün əsas məsələ planlamaq deyil, komandasına güvənmək, təlimat vermək və komandasını gücləndirməkdir.