Müəllif: Tamara Mustafayeva, Banco.az
“Intel” yeni çip istehsal fabriki üçün Polşanı seçib.
Banco.az xəbər verir ki, Dünyanın ən böyük çip istehsalçılarından biri olan ABŞ-ın “Intel” şirkəti Polşada 4,6 milyard dollarlıq sərmayə ilə çip fabriki inşa edəcək.
Şirkətin mövzu ilə bağlı bəyanatında qeyd olunub ki, “Intel” Avropa İttifaqı (Aİ) sərhədləri daxilində yarımkeçiricilərin elmi-tədqiqat və inkişafı sahəsində 80 milyard avroluq investisiya planın bir hissəsi olaraq Polşanın Vrotslav şəhəri yaxınlığındakı yarımkeçiricilərin montajı və sınaq obyektinə 4,6 milyard dollar sərmayə qoyacaq.
Polşadakı yeni fabrikin 2027-ci ildə fəaliyyətə başlaması və 2 min nəfəri işlə təmin etməsi planlaşdırılır. Tikinti zamanı və təchizat zəncirində isə bir neçə min iş yeri yaradılacaq.
Xatırladaq ki, “Intel” 2021-ci ilin sentyabrında növbəti 10 il ərzində Avropaya 80 milyard avroya qədər sərmayə qoyuluşu nəzərdə tutduğunu açıqlamışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!