Müəllif:Ayşən İmanova/Banco.az
Amerikanın ən böyük çip və elektron cihaz istehsalçısı “Intel” xərcləri azaltmaq üçün minlərlə işçisini ixtisar etmək niyyətindədir.
Banco.az xəbər verir ki, hazırda “Intel”in dünya üzrə 110 minə yaxın əməkdaşı var. Şirkət növbəti rüblük hesabatını dərc etməli olduğu vaxtda təxminən 10 min işçini ixtisar etməyi planlaşdırır. Hansı bölmələrin təsirlənəcəyi hələlik məlum deyil.
Qeyd edək ki, bu, “Intel”də ilk kütləvi ixtisar deyil. Şirkət 2022-ci ilin oktyabrında kadr dəyişikliklərinə başlayacağını elan edərək, keçən il artıq işçi qüvvəsinin təxminən 5%-ni 124 800 nəfər ixtisar etmişdi. 2024-cü ilin may ayına olan məlumata görə işçilərin sayı təxminən 131 min nəfər olub.
İşçilərin ixtisarı “Intel”in 2025-ci ilə qədər şirkətə ümumilikdə 10 milyard dollar qənaət etməli olan çoxillik xərcləri azaltma planının bir hissəsidir.
Analitiklər hesab edirlər ki, bu tədbirlər kompleksi cari ilin ikinci yarısında ümumi satışın həcmini 3% artırmağa imkan verəcək. Əgər şirkət bu rəqəmə nail ola bilsə, bu, 2021-ci ildən bəri ilk illik gəlir artımı olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!