“Intel” işçilərindən həftənin dörd günü ofisə gəlməyi tələb edir | Banco.az

“Intel” işçilərindən həftənin dörd günü ofisə gəlməyi tələb edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Intel” işçilərindən həftənin dörd günü ofisdən işləməyi tələb edir.

Banco.az xəbər verir ki, dünyanın ən böyük yarımkeçirici çip istehsalçılarından biri olan ABŞ-ın “Intel” şirkəti işçilərin həftədə 4 gün ofisə gəlməsini məcburi edir.

“Intel”in baş direktoru (CEO) Lip-Bu Tan bildirib: “Birlikdə şəxsən vaxt keçirdikdə, daha maraqlı və məhsuldar müzakirə və debatlar təşviq olunur. Bu isə daha yaxşı və daha sürətli qərar qəbuluna gətirib çıxarır. Eyni zamanda həmkarlarımızla olan əlaqələrimizi gücləndirir."

Siyasət dəyişikliyi 1 sentyabr tarixində qüvvəyə minəcək. İşçi qüvvəsinin təxminən 20 faizini işdən çıxarmağı planlaşdırdığı bildirilən Intel, ofisə dönüşü məcburi edən son böyük texnologiya şirkəti olub.

“Amazon” şirkəti isə CEO Endi Cessinin 2024-cü ildə işçilərin həftənin beş günü ofisdə işləməli olduğunu elan etməsi ilə başlıqlara çıxmışdı. “Salesforce” isə oktyabr ayında həftədə dörd günlük iş rejimi siyasətinə keçmişdi. Apple isə 2022-ci ildə qarışıq (hibrid) iş modelinə keçmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram