İntel-dən İsrailə 11 milyard dollarlıq sərmayə | Banco.az

İntel-dən İsrailə 11 milyard dollarlıq sərmayə

Dünyanın ən böyük mikroçip istehsalçısı İntel-in İsraildə 11 milyard dollarlıq yeni bir istehsal təsisi (zavodlar) quracağı açıqlanıb.

İsrailin maliyyə naziri Moşe Kahlon, İntel-in İsraildə yeni bir istehsal təsisi (zavod) qurması üçün aparılan danışıqların başa çatdığını açıqlayıb.

Hökumətləri ilə İntel arasında 1 ildir danışıqlar aparıldığını bildirən nazir, "İntel rəhbərliyi, dünən İsrailin cənubuna minlərlə adama məşğulluq təmin edəcək sərmayəsini yatırmağa hazır olduqlarını mənə bildirdi",- ifadəsini istifadə edib.

Ən sərfəli kredit üçün müraciət et

Bu ana qədər İsrailə bir dəfəyə yatırılacaq ən böyük sərmayə olacağını dilə gətirilən nazir, investisiyanın məbləğinin 11 milyard dollar olacağını bildirib.

Ölkənin cənubundakı Kiryat Qatda qurulacaq İntel zavodunun 2 min nəfərə məşğulluq təmin etməsi gözlənilir.

İsrailin söz mövzusu sərmayə üçün İntelə təxminən 870 milyon dollar "hədiyyə" verəcəyi, zavodun quraşdırılmasının gələcək 5 il ərzində tamamlanmasının gözlənildiyi qeyd edilib.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et