“Intel” ABŞ hakimiyyət orqanlarından 7,86 milyard dollar alacaq | Banco.az

“Intel” ABŞ hakimiyyət orqanlarından 7,86 milyard dollar alacaq

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ prezidenti Co Bayden administrasiyası Amerika yarımkeçirici sənayesinin inkişafına yönəlmiş Çiplər və Elm Aktı çərçivəsində “Intel” korporasiyasına 7,86 milyard dollara qədər birbaşa maliyyə ayrılmasını təsdiqləyib.

Banco.az xəbər verir ki, bu barədə “Intel” məlumat yayıb. 

Məlumata görə, maliyyələşdirmə şirkətin Arizona, Nyu-Meksiko, Ohayo və Oreqonda daha əvvəl elan etdiyi yarımkeçirici layihələrinin irəliləməsinə kömək edəcək.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ-də iki ildən çox əvvəl Çiplər və Elm Aktı qəbul edildikdən sonra, “Intel” yarımkeçirici komponentlərin istehsalını genişləndirmək üçün ölkə daxilində 100 milyard dollardan çox sərmayə qoymağı planlaşdırdığını açıqlayıb.

Daha əvvəl elan edildiyi kimi, dövlət tərəfindən maliyyələşdirilməyən layihələr də daxil olmaqla, bu investisiyalar şirkətdə 10 mindən çox, tikintidə 20 minə yaxın, o cümlədən təchizatçılar və əlaqəli sənaye sahələrində 50 mindən çox insanı işlə təmin edəcək.

Qeyd edək ki, ilin əvvəlindən “Intel”in kapitallaşması 50%-dən çox azalıb.