Aylıq 600 milyon nəfər aktiv istifadəçisi olan “Instagram” markalara 2017-ci ildə nələr vəd etdi? “Instagram”ı Sosial Media Menecerləri (SMM) üçün faydalı edən ən vacib nüanslar hansılardır? “Instagram” marketinqindən marka marketinqi baxımından hansı faydaları əldə edə bilərik?
“Instagram” 2010-cu ildə fəaliyyətə başlayanda sadəcə foto paylaşımlarının edildiyi və tez-tez texniki problemlərin yaşandığı platforma idi.
Yeddi il ərzində inanılmaz bir sıçrayış edildi. Bu gün markaların sosial media strategiyalarında əvvəzsiz mövqeyə sahibdir. “Facebook”, “YouTube”, “Twitter”dən sonra “Instagram” dünyanın ən böyük dördüncü sosial platformasıdır.
“Instagram” göndərilənlərin qarşı tərəfə təsir dairəsi baxımından dünyanın bir nömrəli platformasıdır. “Sprout Social”ın apardığı araşdırmaya görə, bir post “Twitter”dən 84, “Pinterest”dən 54, “Facebook”dan 10 qat daha çox geridönüş alır. “L2” araşdırma şirkətinin məlumatlarına görə isə, bütün media təsirlərinin 92%-i “Instagram”da baş verir.
“Instagram”ın bugünki həqiqətləri bizi "Instagram" marketinqi haqqında düşünməyə məcbur edir. Bu yazıda təsirli “Instagram” marketinqinin necə edildiyinə dair bir neçə məsələlərə toxunacağıq.
1.Profil bağlantısında stratejik davranın
“Instagram”da bağlantı (link) yerləşdirəbiləcəyiniz tək yer profil hissəsidir. Buna görə, bu hissəni son dərəcə faydalı istifadə etməlisiniz. Ən yaxşı təcrübə profil qisminə veb saytınızın ana səhifəsini deyil, “Instagram”dan gələcək ziyarətçilərə məxsus bur açılış səhifəsinin bağlantısını qoymaq olacaq.
“Instagram” postlarınız üçün kontentin bir hissəsi olacaq bu açılış səhifəsi müştəri yolculuğundakı əksik hissəni tamamlayacaq.
Əgər bir restoranınız varsa, insanlar fotolarınızı paylaşdığınız ləzzətli yeməkləri harada yeyəbiləcəkləri və ya necə sifariş etməli olabiləcəklərini öyrənmək istəyəcəklər. Buna görə də, profil bağlantısı qisminə ana səhifə ünvanızı qoymaq yerinə, sifariş və ya menyu səhifəsinin bağlantısını qoymaq daha stratejik olacaq.
2. Instagram analizində mütəxəssisə çevrilin
Sosial media dairələri səhifə sahiblərinə pərəstişkar, izləyici sayı və postun çatdığı kütlə barəsində son dərəcə dolğun informasiya verir. “Instagram” səhifənizdən maksimum performans alıb almadığınızı görmək üçün analiz alətləri ilə işləməyi bacarmalısınız.
Sual oluna bilər ki, “Instagram” performansınızı hesablayarkən hansı metriklərə özəlliklə diqqət etməlisiniz?
- Baxış sayı: Mesaj və hekayələrinizin ümumi baxış sayı
- Çatdırılma: Post və ya hekayələrinizi görən unikal istifadəçi sayı
- Vebsayt Klikləri: İş profilinizdəki bağlantıyı klik edəndə saytınızı ziyarət edən unikal istifadəçi sayı
- İzləyicilərin Fəaliyyəti: İzləyicilərin “Instagram”da olduğu təxmini vaxtlar (gün, saat)
- Videolarını görən kütlə: Videolarınızı ən az 3 saniyə baxanların sayı
- Yükləyənlər: Göndərdiklərinizi yükləyən istifadəçilərin sayı
- Cavablar: Sahifənizdən sizə gələn mesajların sayı
- Çıxışlar: Sizin göndərdiklərinizdən birbaşa başqa bir hesabın profilinə gedən istifadəçilərin sayı
3. Faydanı önə çıxarın
Postlarınızda məhsula fokuslanmaq əvəzinə məhsulun gətirdiyi problemin həlli, insanlara necə faydalı olacağı, onlara necə rahatlıq yaradacağına fokuslanın. Bunu edərkən yaradıcılığı əsla əldən verməyin. İlham almaq üçün “Instagram”ı uğurlu istifadə edən rəqiblərinizə və ya “Instagram”dan ən uğurlu istifadə edən 100 biznes hesablarına baxın.
4. Kamera arxasını göstərin
“Instagram” özünüzü, biznes mədəniyyətinizi, işçilərinizi və iş yerinizi göstərmək üçün mükəmməl bir yerdir. İnsanlar aldıqları məhsul, xidmətlərin arxa planında kimlər dayandığını görməkdən zövq alırlar. Dünyada insanlara ən çox təsir edən sosial platformanın bir də bu baxış bucağından analiz edin. Kədərli marketinq mesajlarınızın yerinə, səmimi şəkildə özünüzü göstərərək müştəriləriniz və postensial müştəriləriniz ilə həqiqi bağlantılar qura bilərsiniz.
5. Həştəqlər ilə təsir dairəsini artırın
“Instagram” istifadəçilərinin tez-tez rəğbət etdiyi həştəqlərdən markanızın lehinə faydalanın. Bu həştəqlər günün dəyişən mövzularına görə hazırlanan keçici həştəqlər kimi, “Instagram” istifadəçilərinin tez-tez istifadə etdiyi həştəqlər də ola bilər. Təzə başlayanda tez-tez istifadə olunan populyar həştəqlərdən faydalansanız daha çox təsir dairəsi qazanmış olacaqsınız. Buna görə, markanıza fayda verəcək həştəqlərin hansı olduğuna dair detallı bir araşdırma edin, özünüz üçün başlanğıc etibari ilə spesifik olaraq hədəfləyəcəyiniz 30 həştəq hazırlayın.
6. Müsabiqələr yaradın
“Instagram” müsabiqələr yaratmaq üçün ideal bir vasitədir. Burada hazıladığınız kriteriyalara görə, ən yaxşı performans göstərən izləyicilərinizə bəzi hədiyyələr verə bilərsiniz. Verəcəyiniz adi bir hədiyyə belə sizin izləyiciləriniz tərəfindən olduqca yaxşı qarşılanacaq. Bununla daha çox izləyici də əldə etmiş olacaqsınız.
7. Markanız üçün kontent stratategiyası müəyyən edin
Postlarınız ilə təqdimatınınızı yaradın. Markanız üçün bir rəng seçin. İstifadə etdiyiniz fonları tez-tez dəyişdirməyin. Videonun ya da fotonun daha uğurlu olduğunu test edin. Ən çox hansı postlarınızın bəyənildiyini, yayımladığınız saat və günləri analiz edin. Ən çox hansı postlarınız bəyənilirsə, bənzər postlar paylaşmaqda davam edin. Hesabınızı uzun müddət fəaliyyətsiz qoymayın. Bazarda olduğunuzu rəqib və istifadəçilərinizə bir daha xatırladın, izləyicilərini boğmayın, canlı, şən, mesajlar veməyə çalışın. Postlarınızı təqvimə görə planlaşdırın.
Mənbə: facemark.az