Tramp: Hindistan İran əvəzinə Venesueladan neft alacaq | Banco.az

Tramp: Hindistan İran əvəzinə Venesueladan neft alacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Tramp: Hindistan İran əvəzinə Venesueladan neft alacaq.

Banco.az xəbər verir ki, Tramp Florida ştatına səfəri zamanı Air Force One təyyarəsində jurnalistlərə verdiyi açıqlamada ABŞ-ın qlobal enerji siyasəti çərçivəsində Venesuela neftinin yönləndirilməsi ilə bağlı dəyərləndirmələr aparıb.

“Hindistan gəlir və İrandan almaqdansa, Venesueladan neft alacaq”, – deyən Tramp bu mövzuda “razılaşma konsepsiyasının” artıq formalaşdırıldığını bildirib.

Tramp Venesuela nefti məsələsində Çinə də qapının açıq olduğunu qeyd edib.

Kuba ilə danışıqlara başladıqlarını bildirən Tramp Meksika prezidenti Klaudiya Şaynbaumun Kubaya qarşı tətbiq olunan embarqonun humanitar böhranı alovlandıra biləcəyi barədə xəbərdarlığına münasibət bildirərək deyib: “Humanitar böhran olması lazım deyil. Məncə, onlar bizim yanımıza gələcək və razılaşma etmək istəyəcəklər. Beləliklə, Kuba yenidən azad olacaq.”

Tramp İranla bağlı isə yekun qərar verib-vermədiyi barədə sualı cavablandırarkən bölgədə güclü hərbi qüvvələrin mövcud olduğunu vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram