İnstagram vasitəsilə qazanan ailə | Banco.az

İnstagram vasitəsilə qazanan ailə

Bu ailədə hər kəsin işi-gücü instaqrama şəkil yükləməkdir. ABŞ-ın Nyu York şəhərində yaşayan Filipslər ailəsinin sosial vəziyyəti dünyanın bütün ailələrindən fərqlənir. 

Ailənin bütün üzvləri instaqram sosial şəbəkəsinin fəal üzvləridir. Təsadüfi deyil ki, sözügedən şəbəkəyə qoşulan ilk insanlardan olan bu ailənin fərdlərini artıq  1.6 milyondan çox insan izləyir, onların gündəlik paylaşdıqları şəkillərlə maraqlanır. İnstaqram ailəsinin bu qədər çox fanatının olması isə onların aylıq gəlirlərini birə min artırır. Müxtəlif şirkətlər bu ailə ilə əlaqə saxlayaraq, onların çəkdirdiyi şəkillərdə öz məhsullarını reklam etməyə çalışır. Bu isə instaqram ailəsinə külli miqdarda gəlir gətirir.

Ən sərfəli kredit üçün müraciət et

Ailə başçısı  Riid, yoldaşı Sara, övladları Tom və Lizin instaqram fəalı olması azmış kimi, bu evin köpəklərinin də instaqramda səhifələri var. Onların şəkillərini paylaşmaq isə yenə də bu ailənin üzərinə düşür. Reklam gəlirlərinin artması, instaqram ailəsinin  şirkətlər qarşısında öhdəliyini da artırır. Onlar müəyyən auditoriya kütləsinin nəzərlərini müntəzəm üzərlərində saxlamaq üçün az qala atdıqları hər addımı belə instaqramda dünya ilə paylaşırlar.