Tamara Mustafayeva, Banco.az
Sosial media nəhənginin CEO-su Adam Mosseri platformanın interfeysinin dəyişdiriləcəyinə dair açıqlama edib. Yeni dizaynda bölmələrin yerində mühüm dəyişikliklər nəzərə çarpır.
Banco.az xarici mətbuata istinadla bildirir ki, Facebook şirkətinin tabeliyində fəaliyyət göstərən Instagram platforması hazırda geniş miqyaslı interfeys yenilənməsinə hazırlaşır. Ana səhifədə həyata keçiriləcək yeniliklər bölmələrin yerini dəyişdirəcək. Bununla yanaşı "Reels" və "Shops" funksiyası da ön plana çıxarılacaq. Məlum olduğu kimi, hazırki interfeysdə "Kəşf et" və "Bəyən" bölmələri ekranın aşağı hissəsində yerləşir, ancaq yeni versiyada bu bölmələr yuxarı çıxarılacaq. Həmin bölmələrin əvvəlki yerinə isə "Reels" və "Shops" bölmələri əlavə ediləcək. Hazırda sözügedən dəyişiklikləri platformanın Android Beta versiyasında görmək mümkündür.
Müvafiq dəyişikliklərdən sonra yeni interfeysin necə görünəcəyini şirkətin CEO-su Adam Mosseri rəsmi Instagram səhifəsindən "Necə başladı/Necə davam edir" başlığı ilə yayımlayıb, ancaq nə zaman aktivləşdiriləcəyinə dair dəqiq tarix qeyd etməyib.
Həmçinin oxu: Messenger ilə Instagram DM-nin əlaqələndirilməsi Azərbaycanda da aktivləşdirildi
Bizi sosial şəbəkələrdən izləyin!!