Instagram platformasından növbəti YENİLİK | Banco.az

Instagram platformasından növbəti YENİLİK

Tamara Mustafayeva, Banco.az

Instagram platforması daha uzun videoların yayımlandığı IGTV-də alış-veriş funksiyasını aktivləşdirməyə hazırlaşır. 

Daha əvvəl alış-veriş funksiyasının ilin sonuna doğru "Reels" qısa video bölməsində sınaqdan keçiriləcəyini bildirən Instagram bununla da insanların sosial şəbəkədə alış-veriş edə bilmələri üçün daha çox seçim şansı təqdim edir.

İstifadəçilər IGTV videolarında məhsulları izləyə və satın ala bilər, əməliyyatı Instagram Checkout və ya satıcı firmanın internet saytında tamamlaya bilərlər.

Şirkət sözügedən funksiyanın IGTV videolarında yaxın günlərdə Instagram Shop bölməsində aktivləşdiriləcəyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Artıq Instagram "Shopping" funksiyasından daha çox satıcı faydalanacaq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et