"Instagram" platforması maraqlı bir yeniliyə hazırlaşır | Banco.az

"Instagram" platforması maraqlı bir yeniliyə hazırlaşır

Tamara Mustafayeva, Banco.az

"Instagram" istifadəçilərinin profillərinə musiqi əlavə edəcəyi iddia edilib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, texnoloji xəbərləri yaymaqda tanınan Alessandro Paluzzi rəsmi twitter səhifəsində "Instagram" platformasının yeni funksiya sınaqdan keçirdiyini yazıb. "Seçdiyiniz mahnı #Instagram bio hissəsində görünəcək", deyə qeyd edən Paluzzi yeni funksiyanın necə göründüyünü əks etdirən skrinşotu da izləyiciləri ilə bölüşüb.

Mahnı əlavə etmək üçün əvvəlcə "Profili redaktə et" bölməsinə daxil olmalısınız, daha sonra burada "Musiqi" seçimi görünəcək. Bu bölmədə istəyinizə uyğun mahnını axtara və ona başlıq verə biləcəksiniz.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, "Instagram" sözügedən yeni funksiya ilə bağlı hələ ki, rəsmi açıqlama verməyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et