"Instagram" platforması "IGTV" bölməsini deaktiv edəcək | Banco.az

"Instagram" platforması "IGTV" bölməsini deaktiv edəcək

Tamara Mustafayeva, Banco.az

"Instagram" platforması "IGTV" və digər videoların "Instagram Video" formatında birləşdirildiyini elan edib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, "Instagram" platforması "Instagram Video" adlı bölmə ilə videoların kəsilməsi, müəyyən efektlərin əlavə edilməsi, insan və məkan etiketlənməsi kimi bir sıra yeni funksiyaları istifadəçilərin bəyənisinə təqdim edir. 

"Instagram Video" istifadəçilərin yeni videolardan daha tez və asan xəbərdar olmaları üçün profillərə əlavə ediləcək "Video" bölməsində yer alacaq. Bununla yanaşı, sözügedən videoların ana səhifədə ilkin baxış müddəti 60 saniyə, reklam xarakterli videoların ilkin baxış müddəti isə 15 saniyə olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et