"Instagram" ismarış bölməsinə yeni funksiya əlavə edib | Banco.az

"Instagram" ismarış bölməsinə yeni funksiya əlavə edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Instagram” platforması ismarış bölməsində “DM” yeni funksiya aktivləşdirir.

Banco.az xəbər verir ki, “Instagram” istifadəçiləri arzuolunmaz məzmundan qorumaq üçün yeni funksiyasını işə salır.

Sözügedən yeni funksiya istifadəçiləri DM qutularında olan arzuolunmaz video və fotolardan qorumaq məqsədi daşıyır.

Belə ki, əgər hər hansı “Instagram” istifadəçisi sizi izləmirsə, sizin onlara limitsiz mesaj istəyi göndərmək hüququnuz olmayacaq və bu haqq təkcə bir mesajla məhdudlaşacaq. Bununla belə, mesaj istəyi qəbul edilərsə, məhdudiyyətsiz mesaj haqqınız aktivləşdiriləcək. Səsli qeyd, video və ya şəkil göndərilməsi üçün isə əvvəlcə istək qəbul edilməlidir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram