Tamara Mustafayeva, Banco.az
Instagram video platforması IGTV üçün subtitr dəstəyi verməyə başlayır.
Sosial media nəhəngi müxtəlif ölkələrdən olan insanlar arasındakı ünsiyyəti artırmaq məqsədilə yeni funksiya hazırladığını elan edib. Belə ki, artıq IGTV videolarına alt yazı əlavə etmək mümkün olacaq. Şirkət bu funksiyanın hazırda başlanğıc mərhələdə olduğunu və yaxın zamanda əksər ölkələrdə daha çox dil seçimi ilə təqdim ediləcəyini açıqlayıb.
IGTV videoları üçün ilkin mərhələdə 16 dildə subtitr dəstəyi təqdim ediləcək. Facebook şirkətinin sözçülərindən biri yaxın zamanda dil seçimlərinin sayını artıracaqlarını və süni intellekt texnologiyasından faydalandıqlarını bildirib. O, açıqlamasında aşağıdakı ifadələrə yer verib:
"Alt yazılardan daha çox insan istifadə etdikcə süni intellekt alqoritmi təkmilləşəcək və bununla da keyfiyyətin artmasına nail olacağıq."
Açıqlamadan göründüyü kimi, videolardakı subtitr əlavə etmə funksiyası maşın tərcüməsinə əsaslanacaq. Yəni, süni intellekt texnologiyası videodakı danışıqları avtomatik olaraq alt yazıya çevirəcək.
Həmçinin oxu: Instagram TikTok-a rəqib olacaq yeni funksiyasını aktivləşdirdi
Bizi sosial şəbəkələrdən izləyin!!