Instagram TikTok-a rəqib olacaq yeni funksiyasını aktivləşdirdi | Banco.az

Instagram TikTok-a rəqib olacaq yeni funksiyasını aktivləşdirdi

Tamara Mustafayeva, Banco.az

Instagram platforması dünən axşam saatlarında "Reels" adlanan yeni video funksiyasını aktivləşdirib. Bu funksiya sayəsində istifadəçilər səs, effekt və yeni yaradıcı vasitələrlə 15 saniyəlik videolar çəkə biləcəklər. "Reels" videoları ana səhifədə və ya "Hekayə" bölməsində yayımlamaq mümkün olacaq. Bununla yanaşı, Instagram profilləri açıq olan istifadəçilər bu videoların "Kəşf Et" hissəsində "Reels" videolar üçün ayrılmış bölmədə görünməsinə nail ola biləcəklər.

Reels videolar necə hazırlanır?

Reels funksiyası Instagram kamerasında yerləşir və müxtəlif yaradıcı vasitələrlə video çəkmək imkanı yaradır. Bu vasitələrə səs, artırılmış gerçəklik effektləri, vaxt tənzimləyicisi və geri sayım və sürət funksiyası daxildir.

Sözügedən videoları ayrı-ayrı kadrlar halında çəkib birləşdirə, birdəfəyə çəkə və ya galeriyadakı mövcud videolardan yükləməklə hazırlaya bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Instagram-dan növbəti uğurlu addım

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram