Instagram "Canlı Yayım" funksiyasını təkmilləşdirəcək | Banco.az

Instagram "Canlı Yayım" funksiyasını təkmilləşdirəcək

Tamara Mustafayeva, Banco.az

Instagram "Canlı Yayım" funksiyasını təkmilləşdirəcək yeni vasitələr sınaqdan keçirməyə başlayıb.

Əvvəlki məqalələrimizdən birində platformada canlı yayımlar üçün istifadəçilərə verilən vaxt müddətinin artırılmasını xəbər vermişdik. Belə ki, 60 dəqiqəlik müddət 4 saata qədər artırılmışdı. İndi isə şirkət bəzi ərazilərdə növbəti yenilik tətbiq etməyə başlayıb. "Live Rooms" (Canlı Yayım Otaqları) adlı bölmə ilə artıq daha çox istifadəçi eyni anda canlı yayım həyata keçirə biləcək.

İlkin mərhələdə Hindistan və İndoneziyada istifadəçilərin ixtiyarına verilən bu funksiya sayəsində eyni canlı yayıma dörd nəfər qoşula biləcək ki, əvvəl bu rəqəm iki idi.

Funksiyanın necə istifadə ediləcəyinə gəldikdə isə, istifadəçilərdən biri canlı yayım başladır, daha sonra "Live Rooms" bölməsi vasitəsilə digər istifadəçiləri seçə bilir. Moderator olan şəxs digər istifadəçilərin adlarını yazmaqla onların birbaşa canlı yayıma qoşulmasını təmin edir. Həmçinin bu canlı yayıma qoşulmaq istəyən şəxslər özləri də istək göndərə bilərlər. Yayımı başladan istifadəçi təsdiqləyərsə, onlar yayıma qoşula bilirlər.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Instagram canlı yayımların müddətini uzatdı

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et