İnsanları güldürməklə həm gəlir əldə edən, həm də onların sevgisini qazanan Tolga Çevik kimdir? | Banco.az

İnsanları güldürməklə həm gəlir əldə edən, həm də onların sevgisini qazanan Tolga Çevik kimdir?

Türkiyədə fəaliyyət göstərən çoxlu aktyorlar mövcuddur, amma məncə onlardan ən çox seviləni Tolga Çevikdir. Həm ədəb-ərkanına görə, həm də ağıllı yumorları ilə türk xalqının sevgisini qazanan Tolga Çeviki bu məqalədə daha yaxından tanıyacağıq.

Tolga Çevik 1974-cü il 12 may tarixində İstanbulda dünyaya gəlib, əslən isə Mersin vilayətindəndir. Bir litsey uşağı olan Tolga Çevik, elə teatr sahəsinə marağı burda yaranıb və Özəl Doğus litseyinin tamaşalarında rol alıb.  Litseylərarası ən yaxşı aktyor ünvanını əldə edən Tolga Çevik İstanbul Dövlət Konsertvatoriyasına qəbul imtahanında kəsildikdən sonra Yeditepe Oyuncuları adlı teatr klubuna qatılır. 

Hadi  Çamanın idarəsindəki Yeditepe Oyuncuları klubunda ilk dəfə olaraq teatr kurslarına qatılır, burada türk teatrının böyük şəxsiyyətləri ona dərs keçir. Sonra isə Hadi Çaman ona ABŞ-ın Missouri dövlət universitetində teatr təhsili alması üçün köməklik göstərir. Həmin universitetə qəbul olan Çevik burada səhnə incəsənəti ixtisası üzrə təhsil alır, hətta məşhur aktyor Robin Williams da onu burada dərs keçir. 

1996-cı ildə türkiyəyə qayıdan Çevik bir müddət , Yeditepe Oyuncularında rol alaraq öz vəfa borcunu ödəyir, burdakı fəaliyyətini bitirdikdən sonra isə Beşiktaş Mədəniyyət Mərkəzində fəaliyyətə başlayır. Burada Bana bir Şeyhler oluyor adlı tamaşada rol  alır, Yılmaz Erdoğanın rəhbərliyi ilə bir sıra filmlərdə iştirak edir.

2007-ci ildə Komedi dükkanı adlı tamaşaya başlayan Tolga Çevik,  2013-cü ildə Arkadaşım Hoşgeldin adlı proqramla yoluna davam edir. Eyni zamanda Tolga Çevik türkiyənin digər məşhur gülüş ustası Cem Yılmazın bacısı Özge Yılmaz ilə 2004-cü ildə evlənib, bir oğlu  və bir qızı var.

Ən sərfəli kredit üçün müraciət et

Bütün bunlarla birlikdə Tolga Çevik iştirak etdiyi proqramlardan çox yaxşı gəlir əldə edir.  Xəbərlərə görə Çevik təkcə Arkadaşım Hoşgeldin TV şousundan hər bir proqrama görə 60 min türk lirəsi alırmış. Amma tək gəliri bu da deyil. Məsələn, türkiyədə Boyner Hopi reklamına çəkilən Tolga Çevik 50 saniyəlik bu reklamdan 850 000 türk lirəsi gəlir əldə etdiyi deyilir. Hətta qiyməti 1 mln 125 min türk lirəsi olan 2013 markalı bir Bentley avtomobilinə də sahibdir. Türk medyasının xəbərinə görə Tolga Çevikin qarajındakı avtomobillərin ümumi qiyməti 3 mln 225 min türk lirəsidir. Amma təbii ki, bu bir iddiadır.

Lakin Tolga Çevik bu pulların hamısını özünə xərcləmir. Türkiyə Radyo və Televiziya qurumu olan RTÜK Çevikin proqramda işlətdiyi hər bir "vulqar" ifadəyə görə 20 000 türk lirəsi pul alır. Adicə Tolga Çevik proqramlarının rejissoru Fırat Parlakın işlətdiyi "Gerizekalı"  ifadəsinə görə Arkadaşım Hoşgeldin TV şousuna 420 000 türk lirəsi cəza vermişdi. 

Bütün bunlara rəğmən Tolga Çevik türk millətini güldürməyə davam edir. Yeni TV şousu olan və türkiyənin FOX kanalında göstərilən Tolgshow-da Tolga Çevik  və Sarp Bozkurt maraqlı və gülməli ssenarilərlə izləyicilərini güldürməkdən əl çəkmir. 

Proqramın yeni bölümünü aşağıdakı Youtube kanalından izləyə bilərsiniz

Ən sərfəli krediti almaq üçün müraciət et