Robert Half rekruter agentliyinin məlumatına əsasən, 35 yaşına çatmış hər 6-cı əməkdaş iş yerində özünü bədbəxt hiss edir. Bu yaşda olan respondentlərin üçdə bir hissəsi üçün iş daimi stress qaynağına çevrilir.
Müəyyən olunub ki, 35-54 yaşlı respondentlərin 25%-i hesab edir ki, onları lazımınca qiymətləndirlmirlər. 55 yaşlarında isə işindən məyus olanların sayı 29%-ə yüksəlir. Bundan əlavə yaşlı nəslin 14-16%-i hələ də iş yerində özünə dost tapa bilmir.
Ekspertlər hesab edir ki, işə münasibəti dəyişmək üçün iş yoldaşları ilə dostluq qurmağa çalışmaq və şəxsi layihə üzərində fokuslanmaq olar. Təhqiqatda 2 mindən çox insan iştirak edib.