İnsanın uğur qazanmasında istedadın və digər amillərin rolu | Banco.az

İnsanın uğur qazanmasında istedadın və digər amillərin rolu

Tarix boyu heç bir zaman təhsilin insan həyatındakı rolu bu dərəcədə önəmli olmamışdır. Əgər biz sənaye əsrində yaşasaydıq məktəbi yüksək qiymətlərlə bitirib, universitetə qəbul olub diploma sahiblənməklə istədiyimiz işə sahib olub cəmiyyətdə yüksək mövqey tuta bilərdik. Lakin çağdaş zəmanəmizdə bu heç də belə deyil. Artıq cəmiyyətin inkişafı olduqca böyük bir sürətlə dəyişir. Siz məktəb və universiteti yüksək qiymətlərlə bitirsəniz belə daim yeni çıxan informasiyaları qəbul etməsəniz, yeni vərdişlərə sahiblənməsəniz heç vaxt uğur qazana bilməyəcəksiniz. Lakin sizin həyatınızda təhsiliniz qədər sizin intellekt səviyyənizin və istedadınızında rolu olduqca böyükdür.

İnsan həyatını istedadlara görə təsnifləşdirdiyimiz zaman insanların 30-dan çox istedad qruplarına ayırmaq olar ki, bunlardan bir neçəsi aşağıdakılardır:

  1. Verbal linqvistik istedad – Bu bacarığı yüksək olan insanlara yazmaq və oxumağı daha çox sevən insanları aid etmək olar. Əsasən yazıçıları, jurnalistləri, müəllimləri və hüquqşünasları verbal-linqvistik istedadlı insanlar qrupuna aid edirlər.
  2. Rəqəmli istedad – Rəqəmli məlumatları daha yaxşı qavrayan insanlara xas olan bir istedad növüdür. Maliyyəçilər, fiziklər və riyaziyyatçılar məhz bu qurupa aid olan insanlardır.
  3. Məkanlı istedad – daha çox rəssam və dizaynerlərin sahib olduğu bir istedaddır.  Dünyaca məşhur olan memarlarda, məkanlı istedad ilə yanaşı rəqəmli istedadın da yüksək olduğu görülmüşdür.
  4. Fiziki istedad – bacarıqlı rəqqaslara və uğurlu idmançılara xas olan bir istedad növüdür. Bu istedadlara sahib olan insanlar öz istəklərini hərəkət vasitəsi ilə daha yaxşı çatdıra bilirlər.
  5. Şəxsiyyətli istedad – öz emosiyalarını digər insanlarla nisbətdə daha yaxşı tarazlayan insanların malik olduğu bir istedad növüdür. Daniel Goelmanın “Emosianal intillekt” kitabındada XVI əsr humanisti Erazm Rotterdamlıdan sitat gətirərək deyir ki, emosinal təfəkkürün rasional təfəkkürə olan nisbəti 24:1-ə olan nisbətə bərarbərdir. Əksər insanların çox zaman risk edib uğur qazana bilməməsinin səbəbi məhs emosinal təfəkkürün düzgün idarə olunma istedadının güclü olmamasıdır.
  6. Şəxsiyyətlərarası istedad – insanlar ilə yaxşı ünsiyyət qura bilən, səlist danışıq qabiliyyətli insanların sahib olduğu bir istedad növüdür. Bu istedada sahib olan insanlara aktyorları, ticatərçiləri, natiqləri, moizəçiləri və s. aid edə bilərik.
  7. Ətraf mühit ilə bağlı olan istedad – adından da göründüyü kimi bu istedada malik olan insanlara bacarıqlı əkinçiləri, mahir ovçuları və s. aid etmək olar.

Ümumiyyətlə uğurlu insanların həyatına baxdığımız zaman onların bir sıra örnək sayıla bilən hərəkətlərə sahib olduğunu hiss edirik. Bu insanların hər hansı bir işlə məşğul olduğu zaman gərgin əmək sərf etdiyini, daim yenidən cəhd etdiyini, ruhdan düşmədiyini görə bilərik. Həyatda uğur qazanan insanlar öz taleylərini özləri yazırlar. Həyatda uğur qazanmaq üçün hər hansısa bir qayda, düstur yoxdur. Biz şahmatda bütün fiqurların necə hərəkət etdiyini bilə bilərik, ancaq Maqnus Karlsene qalib gələ bilmərik. Çunki qələbə qazanmaq, uğur əldə etmək təkcə işi bilməyimizdən asılı deyil. Qələbə qazanmaq üçün bildiklərimizi daim təkrarlamaq, məğlub olmaqdan - itirməkdən qorxmamaq və daim yeni vərdişlərə sahiblənmək lazımdır.

Ən sərfəli kredit üçün müraciət et

Uğur qazanmaq üçün bacarıq və vərdişlərimiz qədər güclü əlaqələrin də olması önəmli məsələlərdən biridir. Güclü əhatə yaratmaq üçün isə sizə marqlı olan insanlara sizdə maraqlı olmalısınız. Lakin bu əlaqələr olmasa siz heç vaxt uğur qazana bilməzsiniz fikri olduqca yalnışdır. Biz həyatda tək başına istəklərinə nail olmuş, uğur qazanmış insanların da olduğunu görə bilərik.

Bir çox insanlar həyatda böyük uğur qazanan insanların güclü təhsil aldıqları üçün belə uğurlu olduqlarını deyirlər. Ancaq bu heç də belə deyil. Mark Zuckerberg, Stiv Cobs, Bill Gates universitet təhsili belə almadan dünyanın ən uğurlu 100 insanı arasında yer almışlar.

Elm adamları uğurlu insanları, onların seçimlərini daim araşdırmış bu seçimlərin insan həyatında nəyin təsiri altında formalaşdığını tapmağa çalışmışdırlar. Mütəxəssislər bu seçimlərin bir neçə amilin təsiri altında formalaşdığını qeyd edirlər:

  • Bizim seçim etməyimizə təsir edən bütün amillər bizim genlərimizdən gəlir;
  • Bizim seçimlərə ətraf mühit təsir edir;
  • Bizim seçimlərimiz valideynlərimizin bizə verdiyi tərbiyədən asılı olaraq formalaşır.

Uğurlu insanlara xas olan digər bir xüsusiyyət də onların daim proaktiv olmalarındadır. Proaktiv insan daim qabaqlayıcı addım atan insanlara deyilir. Bu insanlar vaxtlarını hər zaman düzgün dəyərləndirirlər və daim yeni biliklərə (dil öyrənməyə, kompyuter proqramları öyrənməyə, yeni bacarıqlara sahiblənməyə) sahiblənirlər. Proaktiv insanlar adi insanlardan fərqli olaraq bu bacarıq onlara hal hazırda lazım olduğu üçün deyil, gələcəkdə ona lazım ola bilər deyə öyrənirlər və bu aktivlik onlara gələcək həyatlarında daim üstünlük gətirir.

 

İstifadə olunmuş ədəbiyyat:

  1. Robert Kiyosaki – Varlı ata, kasıb ata.
  2. Robert Kiyosaki, Sharon Lencher – Varlı uşaq, ağıllı uşaq.
  3. Elşən Bədirxanov - Uğura inan, öz biznesinə başla.
  4. Daniel Goleman -Emotional Intelligence: Why It Can Matter More Than IQ

​İlkin Əliyev, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et