Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar-iyul Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 7 milyard 498 milyon 633 min dollar dəyərində olub.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyard 283 milyon 166 min dollar və ya 20,6% çoxdur.
Hesabat dövründə Azərbaycandan İtaliyaya 7 milyard 195 milyon dollarlıq (21.5% çox) mal ixrac edilib, bu ölkədən idxal isə 303 milyon 334 min dollar (2.9% çox) dəyərində olub. Bununla da İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı mövqeyini qoruyub.
Qeyd edək ki, İtaliya həmçinin Azərbaycanın ən böyük neft idxalçısıdır. Belə ki, ötən ilk 7 ayda Azərbaycan İtaliyaya 4,4 milyard dollar dəyərində neft satıb.
Bizi sosial şəbəkələrdən izləyin!!