İnkişaf edən bazarların ən sevimlisi - Hindistan | Banco.az

İnkişaf edən bazarların ən sevimlisi - Hindistan

İnkişaf edən ölkə bazarları içərisində bu il ən çox sevilən ölkə Hindistan oldu. Mütəxəssislər bu sevginin gələn il də davam edəcəyini söyləyir.

Qlobal inkişaf edən ölkə bazarı sərmayəçilərinin bu il ən çox pul tökdüyü ölkə Hindistan oldu.

Yeni seçilən lider Narendra Modinin investorlara verdiyi etimad bunda böyük rol oynadı. Bank of America Merrill Lynch-in fond rəhbərlərinin həyata keçirdiyi anketə əsasən, investorların Hindistana yönəlmiş pul axınları tarixi göstəricilərdən qat-qat çox oldu. Bu axın sayəsində Hindistan birjası 2014-cü ildə yeni ildən bu yana 32% -dən çox dəyər qazandı.

Ən sərfəli kredit üçün müraciət et

Müqayisə etmək lazım gələrsə, eyni müddətdə Çin birjaları 15%, Braziliya birjası isə 3,7% dəyər qazandı.

Bu yolla Hindistan həm Asiya - Sakit okean sərmayəçiləri, həm də inkişaf edən ölkə sərmayəçiləri arasında ən çox sevilən bazar oldu.

Citi Group-un nümayiş etdiyi son hesabatda, "Hindistan birjalarına gedən çox böyük bir pul axını var." deyildi. Citi-yə göre, xarici investorlar Hindistan birjalarına ilin bu dövrünə kimi 15 milyard dollardan çox pul gətirib.

Ən sərfəli krediti almaq üçün müraciət et