Ingiltərənin maliyyə sektoruna 4 ilin ən yüksək investisiya qoyuluşu həyata keçirilib | Banco.az

Ingiltərənin maliyyə sektoruna 4 ilin ən yüksək investisiya qoyuluşu həyata keçirilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən il Böyük Britaniyanın maliyyə xidmətləri sektoruna xarici investisiyalar təxminən 2 milyard funt-sterlinq təşkil edib.

Banco.az xəbər verir ki, İngiltərənin maliyyə mərkəzi olan “The City of London” tərəfindən edilən açıqlamada maliyyə xidmətləri sektorunda (FPS) 263 layihəyə ümumilikdə 2 milyard funt-sterlinq xarici sərmayə qoyulduğu bildirilib.

Bu, Avropa ölkələri ilə müqayisədə ən yüksək səviyyə kimi qeyd olunub.

Açıqlamada İngiltərədə maliyyə sektoruna yatırılan xarici investisiyaların həcminin əvvəlki ilə nisbətən 68 faiz, investisiya qoyulan layihələrin sayının isə 39 faiz artdığı vurğulanıb.

Maliyyə mərkəzinin açıqlamasında ötən il maliyyə sektorunun ölkəyə cəlb etdiyi 2 milyard funt-sterlinq xarici investisiyanın həmçinin son 4 ilin ən yüksək həddinə çatdığı da qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et